BDU-nun direktoru vəfat etdi – FOTObackend

BDU-nun direktoru vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin Qazax filalının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyev dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki,bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

Qeyd edək ki, Vüsət Əfəndiyev Coğrafiya fakültəsinin kafedra müdiri də olub.

V. Əfəndiyev 1953-cü ildə anadan olub. 1977-1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışıb. V.Ə.Əfəndiyev \”Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili” mövzusunda namizədlik, 2004-ci ildə isə \”Sosial-iqtisadi və siyasi coğrafiya” ixtisası üzrə \”Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri” mövzusunda doktorluq disertasiyasını müdafiə edib. O, 2007-ci ildən professordur.

Prof.V.Ə.Əfəndiyev 1987-1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991-1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışıb. 1999-2004-cü illərdə BDU-nun qiyabivə axşam təhsili üzrə prorektor, 2004-2011- ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.

BDU-nun direktoru vəfat etdi - FOTO

İnterpress.az