Nazirlərin yemək xərci 5 dəfə artırıldıbackend

Nazirlərin yemək xərci 5 dəfə artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi beynəlxalq səviyyəli gənclər tədbirlərinin xərcləri artırılıb.

İnterpress.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı \”Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Beləliklə, 2007-ci ildən indiyə qədər nazirliyin təşkil etdiyi beynəlxalq səviyyəli gənclər tədbirlərində iştirak edən nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər və digər fəxri qonaqlara gündəlik yemək xərcləri 1 nəfər üçün 20 manat olub.

Dəyişikliyə əsasən bu, 5 dəfədən çox artırılıb. Bundan sonra onların hər birinə nahar yeməyi üçün 40 manat, şam yeməyi üçün 60 manat, tədbirlər zamanı çay, qəhvə fasiləsi üçün 10 manata qədər xərclənəcək.

İnterpress.az