Parisdə güclü partlayış olub, ölən və yaralananlar varbackend

Parisdə güclü partlayış olub, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Report”a istinadən xəbər verir ki, hadiəs Treviz küçəsində qeydə alınıb.

Partlayışın çörək dükanında qaz sızması nəticəsində baş verdiyi və hadisədən sonra güclü yanğın çıxdığı bildirilir.

BFM telekanalının məlumatına görə, xeyli sayda xəsarət alan var və azı bir nəfər ölüb.

Yeni partlayışlardan çəkinən polis və yanğınsöndürənlər yaxınlıqdakı binaların sakinlərini təxliyyə edir.

Partlayış nəticəsində binalara xeyli maddi ziyan dəyib.

Qeyd edək ki, bu gün Parisdə və ölkənin başqa böyük şəhərlərində “sarı jiletlilər”in bahalığa və vergi artımına qarşı etiraz nümayişləri keçirilir.

İnterpress.az