Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Yol qəzası - Piyada qadını avtomobil vurub

İmişlidə yolu keçən qadını avtomobil vurub.

Dərc edilib: 12 yanvar 2019 [19:39]
Baxış sayı: 6141

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən Sadıqova Hədiyyə Vəli qızını vurub.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan H.Sadıqova daha sonra Bakıya göndərilib.

Daha əvvəl İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 74