Hacıqabulda “KamAZ” aşdı, yol bağlandı – FOTO – VİDEObackend

Hacıqabulda “KamAZ” aşdı, yol bağlandı – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yük maşının aşması nəticəsində magistral yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində baş verib. Belə ki, mişar daşları daşıyan \”KamAZ\” markalı yük avtomobili hərəkətdə olan zaman qəfildən aşıb.

Nəticədə mişar daşları yolun hərəkət zolağına səpələnib. Bu da yolda nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaradıb. Bir neçə saat həmin ərazidə tıxac yaranıb.

Əraziyə cəlb olunan texnikalar vasitəsilə yola səpələnmiş mişar daşları götürülb və hərəkət bərpa olunub.

Hadisə nəticəsində yük maşınının sürücüsü yüngül xəsarət alıb. Ona ilktin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda “KamAZ” aşdı, yol bağlandı - FOTO - VİDEO

Hacıqabulda “KamAZ” aşdı, yol bağlandı - FOTO - VİDEO

Hacıqabulda “KamAZ” aşdı, yol bağlandı - FOTO - VİDEO

Hacıqabulda “KamAZ” aşdı, yol bağlandı - FOTO - VİDEO

İnterpress.az