Azərbaycanda spirtli içki qəbul edən kişi bədbəxt hadisənin qurbanı oldubackend

Azərbaycanda spirtli içki qəbul edən kişi bədbəxt hadisənin qurbanı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsuda orta yaşlı kişinin meyiti tapılıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Qaraqoyunlu kəndində qeydə alınıb. Belə ki, kənd ərazisindən keçən su kanalında kişi meyiti tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs Qaraqoyunlu kənd sakini Məmmədov Çingiz Məmməd oğludur.

Məlumata görə, o, ötən gün axşam saatlarında çox miqdarda spirtli içki qəbul etdikdən sonra yaşadığı evi tərk edib. O, içkili halda kənd ərazisindəki su kanalına yıxılıb. Suyun içərisində yatan kişinin soyuq hava şəraitinin təsiri nəticəsində öldüyü məlum olub.

İnterpress.az