Tahir Kərimli Atatürkdən oğurluq edib? – Təqvim təklifibackend

Tahir Kərimli Atatürkdən oğurluq edib? – Təqvim təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş sədri Tahir Kərimli Azərbaycanda dünyanın əksər ölkələrinin qəbul etdiyi təqvimə paralel təqvimin tətbiq edilməsini təklif edib.

Maraqlısı odur ki, təqvim adlarının dəyişdirilməsi 5 il bundan öncə keçmiş TURSAM rəhbəri, hazırda Rusiyada yaşayan azərbaycanlı iş adamı Atatürk Kamallı tərəfindən təklif edilib. A.Kamallı öz tərəfindən milli janrda tərtib olunmuş təqvimi ictimaiyyətə təqdim edib. İnterpress.az illər öncə gənc fəalın təklif etdiyi təqvimi təqdim edir:

Tahir Kərimli Atatürkdən oğurluq edib? - Təqvim təklifi

Yanvar ayının adı dəyişdilib – İlk ay (İlkin) ola bilər – Bu ilin başlanması ilə əlaqədar.

Fevral ayının adı dəyişdirilib – Çilə ola bilər – Qədim deyimlərə görə bu ayda çilə girir. Çilə, qışın Bahara, əslində tabe olmaq istəməməsini göstərmək üçün, havaların sonuncu sərtliyini göstərməklə, bahara təsliminə işarədir.

Mart ayının adı dəyişdirilib Novruz ola bilər- Azərbaycan xalqının milli bayramlarından, baharın gəlməsini bildirən, Novruz bayramna işarədir

Aprel ayının adı dəyişdirilib Gilavar ola bilər – Bu ayda adətən küləyin gilavardan əsməsini, yaz küləyi ilə yaz yağışının gəlməsini bildirir.

May ayının adı dəyişdirilib Öndər ola bilər – Bu ayda müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev doğulmuşdur (qədim romalılar təqvim tərtib edərkən öz qəhramanlarının adlarından istifadə etmişlər, Oktavian – oktyabr, Avqust – avqust, Yuli Sezar – İyul bunlar tarixi faktdır).

İyun ayının adı dəyişdirilib Pirşağı ola bilər – Bakının qədim yaşayış məskəni olmaqla bərabər, sahilyanı oldugu üçün, çimərlik vaxtının olmasını bildirir.

İyul ayının adı dəyişdirilib Novxanı ola bilər.

Avqust ayının adı dəyişdirilib Nabran ola bilər – bu ayda şəhər əhalisini ən cox istirahət və çimərlik üçün getdiyi məkan.

Sentyabr ayının adı dəyişdirilib Şanı ola bilər – Bakı Abşeron yarımadasında bitən üzüm növüdur ki, yalnız bu ərazidə bitir və onun bol olan vaxtına işarədir.

Oktyabr ayının adı dəyişdirilib Güleyşə ola bilər – El arasında və artıq Avropada yaxşı tanınan turşməzə nar sortudur. Məkan etibarı ilə Göyçay rayonundan başqa ərazidə becərildikdə, həmin dadı-tamı əks etdirmir.

Noyabr ayının adı dəyişdirilib Xəzri ola bilər – Adətən bu ayda Bakı kuləkli keçir, kuləyin istiqaməti Xəzər dənizindən olmaqla qışın gəlməsini bildirir.

Dekabr ayının adı dəyişdirilib İlaxır (Həmrəylik) ola bilər – İlin son ayını bildirirməklə, eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə, ilk ayın gəlməsinə işarədir.