Hərəkətdə olan “Mercedes” belə yandı – VİDEObackend

Hərəkətdə olan “Mercedes” belə yandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan maşın yanıb.

İnterpress.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında magistral yolun Quba rayonunun Giləzi kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakıdan Quba istiqamətində hərəkətdə olan \”Mercedes\” markalı minik avtomobili qəfildən yanmağa başlayıb.

Hadisə yerinə FHN-in QUba rayon Yanğından Mühafizə Xidmətinin Xüsusi Riskli Xilasediciləri cəlb olunub.

Yanğın bölmələri tərəfindən yanğının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az