AzTV-nin yeni sədri kimdir? – DOSYEbackend

AzTV-nin yeni sədri kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov \”Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. AzTV sədrliyi hələlik tanınmış televiziya aparıcısı Rövşən Raqifoğluna həvalə edilib.

Bəs Rövşən Raqifoğlu kimdir?

BakuPost xəbər verir ki, Məmmədov Rövşən Raqif oğlu 1979-cu ildə Ağstafada anadan olub.

1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

O, uzun illər Lider Televiziyasında çalışıb. İdman müxbiri kimi fəaliyyətə başlayan jurnalist, sonradan idman şərhçisi kimi çalışıb. Daha sonra İdman redaksiyasının rəhbəri olub.

O, fəaliyyəti dövründə bir neçə universitetdə Jurnalistika fakültəsində dərs deyib. Bir neçə dərsliyin müəllifidir.

R. Məmmədov 2015-ci ildə Lider TV ilə yollarını ayırıb və fəaliyyətini siyasi sferada davam etdirib. O, AzTV-də \”Günün nəbzi” verilişini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin \”İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub.