Azərbaycan XİN başçısı Minsk qrupunun həmsədrləri ilə görüşübbackend

Azərbaycan XİN başçısı Minsk qrupunun həmsədrləri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Şofer – ABŞ) ilə görüşüb.

İnterpress.az Azərbaycan XİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sabah Parisdə keçiriləcək.

İnterpress.az