Musa Təranəyə görə onu oğulluqdan çıxaran anası üçün ağladı – VİDEObackend

Musa Təranəyə görə onu oğulluqdan çıxaran anası üçün ağladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Milli.Az-a istinadən xəbər verir ki, illər öncə anası və digər böyüklərinin narazılığına baxmayaraq Təranəni seçən Musa küsülülüyə rəğmən onlar üçün canını belə verə biləcəyini bildirib.

Müğənni bunları qəhər içində deyib:

\”Küsülülük ailədə öz aramızda olan söz-söhbətdir. Anama canım qurban, əmim Niyaməddinə canım qurban, qardaşlarıma, balalarıma canım qurban\”.

Xatırladaq ki, Musa Musayevin anası Gülbikə xanım illər öncə müsahibələrinin biri zamanı \”Dörd oğlum var idi, biri rəhmətə getdi. Birini də oğulluqdan çıxardıb verdim Təranə Qumrala. Qızım olmayıb. Özümün də yetmiş iki yaşım var. Üç övladımdan razıyam, bir Musadan narazıyam. On səkkiz ildir narazılıq qəlbimi para-para edir. Musa on səkkiz ildir mənimlə əlaqə saxlamayıb. Bir-iki dəfə onun, bunun telefonu ilə zəng eləmişəm, onda da götürməyib. Sadəcə, istəmişəm ki, öyrənim sağdı, yoxsa ölüb. Bir də oğlum rəhmətə gedəndə gəlib. Belə heç vaxt əlaqəm olmayıb. Hamı bilsin, Təranə dağıtdı Musanın ailəsini, özü də əri ola-ola\” demişdi.\\

İnterpress.az