AQTA bu xəstəliklə bağlı xəbərdarlıq edibbackend

AQTA bu xəstəliklə bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə əhaliyə xəbərdarlıq edilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) İnterpress.az-a verilən məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınıb: \”Bununla əlaqədar həmin vilayətdən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

\”Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün AQTA tərəfindən Rusiyanın Primorski vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub\”.

İnterpress.az