Sumqayıt Dövlət Universiteti də bağlandı – Hava şəraitinə görəbackend

Sumqayıt Dövlət Universiteti də bağlandı – Hava şəraitinə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Universitetində imtahanlar təxirə salınıb.

Bu barədə İnterpress.az-a SDU-nun Mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib. O bildirib ki, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, təhsil müəssisəsində təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

\”Əmrə uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov operativ müşavirə keçirdi və bununla bağlı müvafiq əmr imzaladı.Əmrə uyğun olaraq yanvarın 17-nə təyin olunmuş imtahan yanvarın 19-na, yanvarın 18-nə təyin olunmuş imtahan isə yanvarın 26 -na keçiriləcək\” – deyə, N.Cəlilli bildirib.

Qeyd edək ki, Təhsil naziri cənab Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah ölkə ərazisində temperaturun aşağı düşəcəyi, qara yağacağı, şaxta olacağı və güclü gülək olacağı barədə əhaliyə xəbərdarlıq edib.

İnterpress.az