Səfər Qaraqoyunlunun 50 illik yubileyidirbackend

Səfər Qaraqoyunlunun 50 illik yubileyidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlunun 50 illik yubileyidir.

İnterpress.az xəbər verir ki, S.Qaraqoyunlunun 50 yaşı tamam olur.

Qeyd edək ki, S.Qaraqoyunlu 1969-cu ildə Türkiyənin İğdır vilayətində dünyaya gəlib. Iğdır şəhərinin Qaraqoyunlu elində dünyaya göz açan Səfər Qaraqoyunlu ibtidai və orta məktəb təhsilini dədə yurdu Qaraqoyunluda, Litsey təhsilini Iğdırda bitirib taleyinin həll edəcək universitet təhsilinə başlayıb və 1999-ci ildə Anadolu Universitetinin “İctimaiyyətlə Əlaqələr” bölümünü bitirib. Daha sonra Anadolu Universiteti İqtisad Fakültəsində təhsilini davam etdirib. 1989-1990-ci illərdə vətən borcunu – (bizim dilimizdə doğma səslənən “əsgərliyini”) GATA H.Paşa Hərbi Xəstəxanasında yerinə yetirib. S.Qaraqoyunlu təkcə Türkiyədə deyil, Azərbaycanda da ilk simülatörlü təhsili sisteminin yaradıcısı olub. Gecə-gündüz ciddi layihələrin həyata keçməsi üçün çalışan yubilyar 2010-ci ildə iki qardaş ölkə arasında dostluq, qardaşlıq və həmrəylik bağlarını gücləndirərək bu nəhəng milli birliyin ən yüksək səviyyələrdə təmsil olunması naminə ustadı olacağı İSTAD-ı yaradıb. O, “Azərbaycan və Türkiyənin ortak məqsəd və maraqları üçün nəfəsim yettiği qədər çalışacağam” deyib, bütün gücünü iki ölkənin inkişafına səfərbər edib.

Ulu Öndər Heydər Əliyevin doğum və anım günləri, Qanlı 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların Milli Soyqırım günü, 28 May Azərbaycan Xalq Cümhuriyyətini yaranması günü, 18 oktyabr Milli Müstəqillik günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Türk dünyasının ortaq mədəniyyət mirası olan Novruz Bayramı İSTAD-ın böyük müvəffəqiyyətlərlə təşkil etdiyi tədbirlərdəndir. İSTAD 2012 də Xocalı soyqırımı – Xocalıya Ədalət kompaniyası ilə əlaqədar Böyük Taksim Yürüşündə öndə olmuş, Fransız Konsulluğu qarşısına qara çələng qoyub mətbuata bu haqda geniş açıqlama verib.

O,Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin inkişafında sadalamaqla bitib tükənməyəcək qədər böyük işlər görüb. Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Azərbaycan Türkiyə EVİ (ATEV) və \”İnterpress.az\” kollektivi adından S.Qaraqoyunlunu təbrik edirik.

İnterpress.az