Azərbaycana “donuz qripi” gəldi? – Nazirlikdən AÇIQLAMAbackend

Azərbaycana “donuz qripi” gəldi? – Nazirlikdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə \”donuz qripi\” virusunun gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən İnterpress.az-a bildirilib ki, bu barədə yayılan məlumat həqiqətəuyğun deyil.

Qeyd olunub ki, ölkədə \”donuz qripi\” virusu yayılmayıb: \”Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır\”.

İnterpress.az