“Bu şayiələrə mətbuatda yer verilməməlidir” – Əflatun Amaşovbackend

“Bu şayiələrə mətbuatda yer verilməməlidir” – Əflatun Amaşov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Müxtəlif sosial şəbəkə profillərində yanvarın 17-də və 18-də Azərbaycandakı hava durumu ilə bağlı cəmiyyəti çaşdıracaq fikirlər yayımlanmaqdadır. Bildirilir ki, bu tarixlərdə təhsil müəssisələrində dərslərin dayandırılmasının səbəbi hava durumu deyil, təhlükəli xəstəlikdir. Təəssüf ki, bu fikirlər bəzi kütləvi informasiya vasitələrində də yer alır. Nəticə etibarilə ayrı-ayrı şəxslər tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılmış mülahizənin gerçəklik kimi qəbul edilmə təhlükəsi yaranır\”.

İnterpress.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə \”donuz qripi\” virusunun gəlməsi barədə yayılan məlumatların mətbuatda da tirajlanmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, heç bir şaiyənin rəsmi qurumlarımızın timsalında insanların dövlətə olan inamının sarsılma ehtimalı yaratmasına, ümumən bununla bağlı şübhələrə meydan verilməməlidir: \”Mövcud durumda bütün kütləvi informasiya vasitələri təmsilçilərinin məsələyə həssas yanaşmalarını istərdik. Heç bir şaiyənin rəsmi qurumlarımızın timsalında insanların dövlətə olan inamının sarsılma ehtimalı yaratmasına, ümumən bununla bağlı şübhələrə meydan verilməməlidir. Media peşəkar davranmalıdır, üzərinə düşən vəzifəni layiqli şəkildə həyata keçirməlidir. Belə vəziyyətlərdə IP toplamaq naminə guya vacib xəbər yayırmış kimi təşviş yaradan sərlövhələr seçmək, əsassız düşüncə və mülahizələri gündəmə gətirmək yalnız qeyri-peşəkarlıq deyil, ümumilikdə vətəndaş cəmiyyəti dəyərlərinə aşkar həqarətdir. Müvafiq dövlət qurumları da sosial şəbəkələrdə yayımlanmış fikirlərin cəmiyyətdə təlaş doğura biləcəyini düşünməli, operativ reaksiya verməli, medianı operativ məlumatlarla təmin etməlidirlər. Ötən illərin təcrübəsi göstərir ki, rəsmi məlumatsızlıq şaiyələrin gerçəklik kimi ictimai rəyə yansıması üçün əsas yaradır. Buna qətiyyən yol vermək olmaz\”.

Qeyd edək ki, sosial şəbəkələrdə, eləcə də bəzi mətbuat orqanlarında Azərbaycana küləklə birlikdə \”donuz qripi\” virusunun gəlməsi barədə yayılan məlumatlar yayılıb. Səhiyyə Nazirliyi tərəfindən həmin məlumatın həqiqətə uyğun olmadığını bildirilib.

Səid Qərib
İnterpress.az