Ədliyyə məmuruna qarşı dələduzluq edilibbackend

Ədliyyə məmuruna qarşı dələduzluq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadına qarşı dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tahsin Çalışqan barəsində cinayət işi başlanılıb.

İnterpress.az report-a istinadən xəbər verir ki, T.Çalışqan barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Türkiyə vətəndaşı olan T. Çalışqan Esmira Qənizadənin etibarın sui-istifadə edərək ona qarşı külli miqdarda ziyan vurub. Zərərçəkənin şikayəti əsasında T. Çalışqan barəsində hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, Esmira Qənizadə uzun müddət Xətai rayon Qeydiyyat şöbəsinin rəisi olub. I dərəcəli ədliyyə qulluqçusudur.

İnterpress.az