Külək Yasamalda dayanacağı uçurdu – FOTObackend

Külək Yasamalda dayanacağı uçurdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecədən paytaxt Bakıda güclənən küləyin fəsadları artıq hiss olunmağa başlayıb.

İnterpress.az-ın məlumatına görə, paytaxtın bəzi hissələrində küləyin təsiri ilə reklam lövhələri, plakatlar aşıb, hətta dayanacaqlar istifadəsiz hala düşüb.

Bakının Yasamal rayonu ərazisində Hüseyn Cavid prospektində güclü külək bu istiqamətdə yerləşən dayanacaqlardan birini tamamilə uçurub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 17-si və 18-i ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bununla əlaqədar bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.

Külək Yasamalda dayanacağı uçurdu - FOTO

Külək Yasamalda dayanacağı uçurdu - FOTO

İnterpress.az