Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı…backend

Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu BakuPost-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Gecə saatlarından başlayaraq səhərə qədər Abşeron yarımadasında küləyin sürəti saniyədə 30-35 metr təşkil edib. Gün ərzində şiddətli külək davam edəcək:

\”Bu prosesin ən kəskin dövrü günün ikinci yarısı və axşam saatlarında müşahidə olunacaq. Xəbərdarlığımı öz qüvvəsindədir. Küləyin maksimal surətinin Xəzər dənizi akvatoriyasında saniyədə 40 metrə çatacağı gözlənilir, dalğanın hündürlüyünün 8 metr və daha çox ola bilər. Noyabrın 18-də günorta saatlarından başlayaraq artıq yağıntılar kəsiləcək, külək tədricən səngiyəcək. Ancaq dəniz akvatoriyasında yüksək dalğa davam edəcək. Buna görə də dəniz akvatoriyasında qasırğa xəbərdarlığı daha iki gün davam edəcək”.

İnterpress.az