Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 59% artıbbackend

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 59% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə Azərbaycan xarici ölkələrlə 30,924 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

İnterpress.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 37% çoxdur.

Ötən il ticarət dövriyyəsinin 19,459 mlrd. dolları ixracın, 11,465 mlrd. dolları idxalın payına düşüb. Bir ildə ixrac 41%, idxal isə 31% artıb.

Beləliklə xarici ticarətdə 7,994 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 2017-ci ilə nisbətən 59% çoxdur.

İnterpress.az