Universitet binasında partlayış – ANBAAN GÖRÜNTÜLƏRbackend

Universitet binasında partlayış – ANBAAN GÖRÜNTÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada ali təhsil müəssisəsində partlayış baş verib.

İnterpress.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, partlayış Villerban şəhərində yerləşən Lion Texniki Universitetinin kampus binasında baş verib.

Belə ki, universitetin binasında baş verən partlayışdan sonra yanğın başlayıb. Partlayışın binadakı qaz sızmasından olduğu ehtimal olunur.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.

Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

İnterpress.az