Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlandıbackend

Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 25256,1 mln. kVts olub.

İnterpress.az-ın məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Hesabata əsasən, “Azərenerji” ASC və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinə məxsus İstilik Elektrik Stansiyalarında 21 163,7 mln. kVts, Su Elektrik Stansiyalarında isə 1 754,3 mln. kVts elektrik enerjisi istehsal edilib. Qalan elektrik enerjisi isə müstəqil elektrik stansiyalarının payına düşür.

Belə ki, “Azərenerji” ASC üzrə 22 520,8 mln. kVts (İES-lərdə 20 918,6 mln. kVts, SES-lərdə 1 602,2 mln.kVts), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 431,4 mln. kVts (İES-lərdə 245,1 mln. kVts, SES-lərdə 152,1 mln. kVts, Günəş ES-də 34,2 mln. kVts), Müstəqil Elektrik Stansiyaları üzrə 2 303,9 mln. kVts təşkil edir.

İnterpress.az