Dünyanı bu pəhriz xilas edəcək — QİDALARIN SİYAHISIbackend

Dünyanı bu pəhriz xilas edəcək — QİDALARIN SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ölkə.az\”a istinadən xəbər verir ki, bu pəhriz növündə ət və süd məhsulları qadağan edilmir.

Alimlərin fikrinə əsasən, növbəti onilliklərdə dünya əhalisinin sayı artacaq və bu insanları necə doydurmağın yolları araşdırılırdı. Çarə isə “dünyəvi sağlam pəhriz” adlandırılıb.

Hər gün ət yeyirsinizsə, ilk olaraq bunu dəyişməlisiniz. Qırmızı əti həftədə bir dəfə hamburqer, ayda bir dəfə isə bifşteks kimi qəbul edə bilərsiniz. Həftədə bir neçə dəfə toyuq və ya balıq da qəbul etmək olar. Amma protein ehtiyacının qalanını bitkilərlə təmin etməlisiniz.

Tədqiqatçılar fındıq, fıstıq və paxlalılar sinfinə aid tərəvəzlər qəbul edilməsini məsləhət görürlər. Meyvə və tərəvəzləri də daha çox qəbul etməliyik. Yediyimiz yeməyin yarısı meyvə və tərəvəzdən ibarət olmalıdır. Kartof və digər nişastalı tərəvəzlər də məsləhətdir.
Hər gün yeyə biləcəyimiz qidalar:

1.Fındıq, fıstıq-Gündə 50 qram;
2.Lobya, noxud, mərcimək və digər paxlalar-Gündə 75 qram;
3.Balıq-Gündə 28 qram;
4.Yumurta-Gündə 13 qram;
5.Ət-Gündə 14 qram qırmızı ət və ya 29 qram toyuq əti;
6.Karbonhidrat-Çörək və ya düyü kimi dənli bitkilər (gündə 232 qram və gündə 50 qram nişastalı tərəvəz);
7.Süd- 250 qram;
8.Tərəvəz 300 qram və meyvə 200 qram.

Bu qidalanma üsulunda 31 qram şəkər və 50 qram duru yağa da icazə verilir.

İnterpress.az