Bakı-Sumqayıt elektrik qatarı təxirə salındı – Sərnişinlər qatardan endirildibackend

Bakı-Sumqayıt elektrik qatarı təxirə salındı – Sərnişinlər qatardan endirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt-Bakı elektrik qatarları təxirə salınıb.

Bu barədə İnterpress.az-a sərnişinlər məlumat veriblər. Bildirilib ki, saat 19:40-da hərəkətə başlamalı olan qatarın təxirə salındığı elan olunub.

Qatarın təxirə salınması ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı olduğu bildirilib.

Buna görə də yüzlərlə sərnişin qatardan endirilib.

Eyni zamanda, 20:30 və 21:40-da Bakıdan Sumqayıta hərəkət edəcək qatarların da fəaliyyəti dayandırılıb.

İnterpress.az