Rusiyada tələbə ailə üzvlərinin qətlini sifariş verdi – VİDEObackend

Rusiyada tələbə ailə üzvlərinin qətlini sifariş verdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Krasnodar vilayəti üzrə İdarəsi məlumat yayıb.

İstinaq versiyasına görə, adı çəkilməyən 23 yaşlı Soçi sakini valideynlərinin qaldığı mənzilə və digər əmlaka vərəsə olaraq sahib çıxmaq üçün ailə üzvlərinin qətlini təşkil edib.

O, bu haqda dostuna da etiraf edib.

Həmin şəxsin planları polisə məlum olduqdan sonra qurama əməliyyat keçirilərək ona “sifarişli killer” göndərilib. Qətlə görə sifarişçi muzdlu qatilə sonradan qazanacağı mirasdan üç milyon rubl verməyə razılaşıb.

O, “qatil” cildində olan gizli polis əməkdaşına otaqların yeri, müşahidə kamerası, it və başqa vacib məqamlarla bağlı məlumat verib. O, həm də “qatili” ovçu bıçağı və digər vasitələrlə təmin edib.

Sifarişçi “qatilə” üç milyon rubl borcla bağlı öhdəlik kağızını təqdim etdikdən sonra əraziyə polis əməliyyatçıları gəlib, və naxələf oğul həbs olunub.

Faktla bağlı cinayət işi açılıb. Tələbə ikidən artıq böyük və bir azyaşlının sifarişli qətlinin təşkilində təqsirləndirilir.