Ötən il Rusiyadan 67,5 mlrd. dollar kapital çıxarılıbbackend

Ötən il Rusiyadan 67,5 mlrd. dollar kapital çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə Rusiyanın tədiyyə balansında cari əməliyyatları üzrə qalıq rekord məbləğdə – 114,9 mlrd. ABŞ dolları olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Bankına (Mərkəzi Bank) məlumat yayıb.

Kəskin artımda həlledici rolu xarici ticarət üzrə müsbət saldonun 2017-ci illə müqayisədə 1,7 dəfə artaraq 194,4 mlrd. dollara çatması oynayıb.

Ötən il Rusiyada özəl sektorun qeyri-rezidentlərlə apardığı maliyyə əməliyyatları üzrə müsbət saldo 67,5 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,5 dəfədən çox artım deməkdir. (“Report”)

İnterpress.az