Ana qızının xilası naminə böyrəyini bağışladı – Azərbaycandabackend

Ana qızının xilası naminə böyrəyini bağışladı – Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti uğurlu böyrəkköçürmə əməliyyatı 28 yaşlı qadın pasiyent üzərində “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Klinikadan İnterpress.az-a verilən məlumata görə, xəstənin donoru – anası bütün tibbi göstəricilərə görə marginal (standartlara uyğun olmayan) donor olub. Klinikanın həkim-mütəxəssis komandası – cərrah-uroloq, nefroloqların birgə əməyi sayəsində əməliyyat uğurla keçib.

Pasiyent və donor tamamilə yaxşı vəziyyətdə evə yazılıblar.

İnterpress.az