20 yanvar günü hava necə olacaq?backend

20 yanvar günü hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ərazisində 20 yanvar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan İnterpress.az-a verilən məlumata görə, həmin gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək”.

Yanvarın 20-də Azərbaycan rayonlarında da sabah hava şəraitin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlıq ərazilərdə isə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq”.

Qeyd edək ki, 20 yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

İnterpress.az