DİN-in bir sıra səlahiyyətləri əlindən alındıbackend

DİN-in bir sıra səlahiyyətləri əlindən alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün prezident İlham Əliyevin verdiyi fərmanla Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət qurumlarının səlahiyyətləri məhdudlaşdırılıb.

Səlahiyyəti əlindən alınan əsas orqanlardan biri Daxili İşlər Nazirliyidir. Belə ki, DİN əvvəllər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərini həyata keçirirdi.

Bundan sonra isə bu xidmətlər Bakı şəhərində və Azərbaycanın inzibati ərazi vahidlərində fəaliyyət göstərən \”Asan Xidmət” mərkəzlərində əhaliyə təqdim ediləcək. (\”Qafqazinfo”)

İnterpress.az