Bakıda sürət həddi əvvəlki vəziyyətə qaytarıldıbackend

Bakıda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub.

Xatırladaq ki, qeyd edilən avtomagistrallarda bütün zolaqlar üzrə sürət həddi yanvarın 16-dan 17-nə keçən gecədən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar 20 km/saat aşağı salınmışdı.

İnterpress.az