Robert Koçaryanın həbs müddəti uzadılıbbackend

Robert Koçaryanın həbs müddəti uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerevan Məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Koçaryan barəsindəki həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bunu məhkəmə iclasından sonra vəkil Aram Orbelian jurnalistlərə bildirib.

“Əlbəttə, biz bunun mövcud qanunlara zidd olduğunu düşünürük”, – deyə vəkil vurğulayıb.

Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu zorakı yolla devirməkdə ittiham olunur.

İnterpress.az