Bakıda sərnişin avtobusu qəza törədibbackend

Bakıda sərnişin avtobusu qəza törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda eyni küçədə iki yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə Nobel prospektində, \”AMAY\” Ticarət Mərkəzinin qarşısında baş verib.

İlk qəza zamanı \”Bakubus\” MMC-yə məxsus 99-JH-251 dövlət nömrə nişanlı sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində həm minik avtomobilinə, həm də sərnişin avtobusuna maddi ziyan dəyib.

Bu hadisədən bir qədər sonra həmin ərazidə 01-BP-868 dövlət nömrə nişanlı texniki xidməti avtomobili də səkiyə çırpılıb. Nəticədə avtomobilin təkəri partlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

İnterpress.az