Moskvada azərbaycanlılar etiraz aksiyası keçirəcək – TƏCİLİbackend

Moskvada azərbaycanlılar etiraz aksiyası keçirəcək – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn həftənin ilk günü Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlılar kütləvi etiraz aksiyasına başlayacaq.

İnterpress.az xəbər verir ki, Diasporpress.az-ın əldə etdiyi məlumata görə, buna səbəb isə yanvarın 1-də paytaxtın Otradnıy rayonunda azərbaycanlıların ibadət etdiyi geyanə məscidin bağlanmasıdır.

Belə ki, bağlanan \”İnam\” məscidində mütəmadi olaraq dini ayinləri icra edən müsəlman azərbaycanlılar bu gün məscidin sahibi tatar əsilli Rəşid Bəyazitovun görüşünə gediblər. Amma, o, azərbaycanlılarla görüşdən imtina edib.

Bu səbəbdən azərbaycanlılar gələn həftə kütləvi etiraz aksiyaları keçirməyi planlaşdırır.

Qeyd edək ki, R.Bəyazitov tərəfindən icarəyə verilən \”İnam\” məscidi yanvarın 1-də icarə haqqının ödənilməməsi səbəbindən bağlanıb. Məscidə giriş müsəlman azərbaycanlıların cümə namazına getdiyi zaman qadağan olunub. Bundan sonra inanclı şəxslər məscidin qarşısında toplaşaraq etiraz ediblər.

İnterpress.az