Filarmoniyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilibbackend

Filarmoniyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Yanvarın 29-cu ildönümünə həsr olunan xatirə tədbiri keçirilib.

İnterpress.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, nazirliyin kollektivi, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Gecədə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Volfqanq Amadey Motsartın “Rekviyem” əsəri səsləndirilib. Tədbirdə həmçinin, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova), əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Əliəhməd İbrahimov, Anton Ferştandt çıxış ediblər.

Təqdim olunan musiqi nömrələri Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsinə ehtiramın ifadəsi idi.

İnterpress.az