“Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar” – DİN-dən açıqlamabackend

“Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar” – DİN-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qəsdən qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb.

Lakin həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb və onlara xəbərdarlıq edib:

\”Bu gün də bir qrup şəxs Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar. Bu da şəhidlərimizi ziyarətə gələn insanların haqlı narazılığına səbəb olub. Polisin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində qarşıdurma yaradan bir qrup şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər Xiyabanında qarşıdurma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır və araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüququ qiymət veriləcək\”.

E.Zahidov saxlanılan şəxslərin sayını və adlarını açıqlamasa da, araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.

İnterpress.az