Xəttat Kilimçinin yeni şeirlər kitabı çap olundu – FOTObackend

Xəttat Kilimçinin yeni şeirlər kitabı çap olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış şair Xəttat Kilimçinin (Mirbağır Bünyatlı) yeni şeirlər kitabı çapdan çıxıb.

İnterpress.az xəbər verir ki, Xəttat Kilimçi təxəllüsü ilə müasir Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən Mirbağır Bünyatlının yeni nəşr olunan \”Mən Şekspir deyiləm, Angel\” adlı şeirlər kitabı işıq üzü görüb. Kitabda müəlifin 80-ə yaxın şeiri yer alıb.

X.Kilimçi çoxsaylı ictimai məzmuna malik lirik şeirlərin müəllifidir. Kitabda sevgi, ictimai kədər, müharibə və digər mövzulara həsr olunmuş şeirlər dərc olunub. Şairin \”Sənə yol gəlirəm axşam tərəfi\” şeiri Azərbaycanda dillər əzbərinə çevrilmiş şeirlərdən biridir.

Qeyd edək ki, kitabın təqdimat mərasimi kitabevim.az-da fevralın 3-də saat 15:00-da keçiriləcək. Xəttat Kilimçinin \”İmza günü\” oxucuları ilə ikinci görüşü olacaq.

Məlumat üçün bildirək ki, \”Mən Şekspir deyiləm, Angel\” adlı şeirlər kitabı şairin sayca ikinci kitabıdır. Müəllifin bundan əvvəl qələmə aldığı \”Sinifdən xaric oxu\” adlı şeirlər kitabı geniş oxucu kütləsinə təqdim olunub.

Xatırladaq ki, Xəttat Kilimçi Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. O, rayonun Qarazəncir kənd tam orta məktəbində tarix müəllimi vəzifəsində çalışır.

Xəttat Kilimçinin yeni şeirlər kitabı çap olundu - FOTO

Xəttat Kilimçinin yeni şeirlər kitabı çap olundu - FOTO

İnterpress.az