Gürcüstanın Azərbaycana borcu azalıbbackend

Gürcüstanın Azərbaycana borcu azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il yanvarın 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7, 819 mln. ABŞ dolları təşkil edib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 157 min dollar azdır.

Ötən ay Gürcüstanın ümumi xarici dövlət borcu isə artıb. Belə ki, qonşu ölkənin borcu 325,948 mln. dollar artaraq 5 434,092 mln. dollara çatıb. Bu məbləğin 5 267,197 mln. dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (324,882 mln. dollar), Fransa (215,837 mln. dollar) və Yaponiya (214,868 mln. dollar) daxildir.

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu isə aylıq müqayisədə azalaraq, müvafiq olaraq 15,019 mln. dollar, 61,393 mln. dollar və 8,643 mln. dollara düşüb.

İnterpress.az