Gürcüstan Azərbaycana 98 mln. dollarlıq siqaret satdıbackend

Gürcüstan Azərbaycana 98 mln. dollarlıq siqaret satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Gürcüstandan siqaretin təkrar ixracı illik müqayisədə 254% artaraq 149 mln. dollar təşkil edib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

2018-ci ildə Gürcüstandan təkrar ixrac olunmuş siqaretlərin 65,7%-i Azərbaycanın payına düşüb. Azərbaycan qonşu ölkədən 98 mln. dollar dəyərində siqaret idxal edib.

Ötən il Gürcüstanın siqaret idxalı isə 82% artaraq 186 mln. dollar təşkil edir.

İnterpress.az