İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıbbackend

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük əməkdaşları tərəfindən saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

Komitədən İnterpress.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın üzərindəki qara gödəkçənin arxa astar hissəsində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 146 qram olan, tünd qəhvəyi rəngli narkotik vasitə – heroin və üzərində \”M40\” yazılı 37 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon \”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı\”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az