Küçədən tapdığı pulları sahibinə qaytardı, mükafat da istəmədibackend

Küçədən tapdığı pulları sahibinə qaytardı, mükafat da istəmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amma onun pulunu mərhəmətli bir adam tapıb. Terri Brubeyker küçədə qarşısına çıxan vəsaiti sahibinə qaytarmaq qərarına gəlib.

İnterpress.az Bizimyol.info-ya istinadən xəbər verir ki, xanım Stinburq 8500 dollarla həm atasının mülkiyyət vergisini ödəməyi, həm də gəmi ilə səyahətə çıxmağı düşünürdü. Düzdür, keçən ilin oktyabrında ərini itirəndən sonra kruiz fikrindən vaz keçmişdi, amma Kimin bu pullara yenə çox ehtiyacı vardı. O, bacısı qızını avtomibilinin arxa oturacağına qoyanda pulunu konvertdə maşının üstündə unudur. Avtomobil gedəndən sonra isə pul yerə düşür. Beləcə, həmin vəsaiti Brubeyker tapır.

Bir məsələ də var: Terri pulu tapanda qiymətli kağızların bir hissəini külək aparmışdı. Buna görə də Brubeyker yalnız 8000 dolları geri qaytara bilib.

Stinburq bu mərhəmətli adamın borcundan çıxmaq qərarına gəlib və ona mükafat təklif edib. Amma Brubeyker heç bir təmənna güdmədiyini deyib. Stinburq artıq həmin pullarla səyahətə çıxıb.

İnterpress.az