Hollandiyada 20 Yanvar şəhidləri anıldıbackend

Hollandiyada 20 Yanvar şəhidləri anıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türk Mədəniyyət dərnəyinin rəhbəri İlhan Aşqının İnterpress.az-a verdiyi məlumata əsasən bildiririk ki, Hollandiyanın Den Haag şəhərində Azərbaycan Türk Mədəniyyət dərnəyi və Türk İslam Mədəniyyət vəqfinin birgə təşkilatçılığı ilə 1990-cı il Bakıda baş vermiş qanlı yanvar hadisələri ilə bağlı anım tədbiri keçirilib.

Giriş sözü ilə çıxışına başlayan Türk Mədəniyyət dərnəyinin rəhbəri İlhan Aşqın və Türk İslam Mədəniyyət vəqfinin rəhbəri Tahsin Çetinkaya tədbir iştirakçılarına təşəkkür edərək qanlı yanvar hadisələri ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.

Şəhidlərin ruhuna dualar oxunduqdan sonra Azərbaycan Niderland Krallığındakı Səfirliyinin ikinci katibi Selcan Verdiyeva çıxış edərək baş vermiş faciənin Azərbaycanın tarixindəki rolu, onun səbəb və nəticələri haqqında danışdı.

Daha sonra 20 yanvar hadisələrinin canlı şahidi, hal-hazırda Hollandiyada yaşayan Rəşad Sadıqov xalq hərəkatı və baş verən hadisələrin Dağlıq Qarabağla əlaqəsi barəsində danışdı.

Sonra isə tədbir iştirakçılarına 20 Yanvar hadisələrinin dəhşətini göstərən vido çarx göstərildi və tədbir iştirakçılarına təşəkkür edilərək şəhidlərin ruhu bir daha ehtiramla anıldı.

İnterpress.az