Yol polisi sürücünü “led” işıqlara görə saxladı və… cəriməsiz buraxdı – VİDEObackend

Yol polisi sürücünü “led” işıqlara görə saxladı və… cəriməsiz buraxdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Avtosfer.az-ın əməkdaşı Kənan Məmmədov yanvarın 18-də, saat 07:38 radələrində Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında özünü \”Məmmədov\” kimi təqdim edən DYP əməkdaşı tərəfindən saxlanılıb. Saxlama səbəbi kimi isə ön duman işıqlarınının lampasının \”LED\” olduğunu bildirib. Lakin sürücü nə qədər təkid etsə də, əməkdaş buna “Yol hərəkəti haqqında” qanundan heç bir maddəni əsas gətirə bilməyib. Elə videonun sonuna qədər də əsas gətirə bilmir və protokol da tərtib edə bilmir. Belə çıxır ki, heç bir əsas olmadan sürücünün 10 dəqiqədən artıq vaxtını alır.

Amma videoda əsas diqqət çəkən məqam isə DYP əməkdaşının etik davranış qaydalarına riayət etməməsidir. Hətta sürücü irad bildirərək \”sən\” yox, \”siz\” deyə müraciət etməli olduğunu bildirsə də, əməkdaş bu iraddan sonra yenə də müraciət formasına düzəliş etmir.

İnterpress.az görüntüləri təqdim edir.