Məşhur həkim intim əlaqədən danışdı: “Onu çox yormasınlar”backend

Məşhur həkim intim əlaqədən danışdı: “Onu çox yormasınlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nurlana xanım, son zamanlarda bir çox insanlar cinsi həyat yaşmazdan öncə şəhvət artıran müxtəlif dərman preparatları, o cümlədən enerji içkilər qəbul edirlər. Bu, nə dərəcədə düzgnüdür?

– İndi insanların bir çox öz hislərinin “qurban”ı olur. Həm ehtiras artıran dərmanlar, həm də enerji içkilərindən istifadə etmək böyük fəsadlara gətirib çıxardır. Hətta ölümlə də nəticələnə bilər ki, son zamanlarda belə ölüm hallarına tez-tez rast gəlirik.

– Hansı yaş qrupuna aid olan insalara bu dərmanları qəbul edilməsi qadağandır?

– Yaş faktoru da önəmlidir. Amma ümumiyyətlə, xəstəliklər cavanlaşıb. Mikro infarkt keçirdənlər, infarkta yaxın olanlar, genetik ürək qüsuru olanlara spirtli və energetik içkilər, siqaret olmaz. Nəinki yaşli insanlara, hətta cavanlara da məsləhət görülmür. Çünki bu dərman preparatları və enerji içkiləri asılılıq yaradır. Bunun da nəticəsində, hormonal pozuntular meydana çıxır. Bu pozuntular da impatentliyə gətirib çıxardır.

Məşhur həkim intim əlaqədən danışdı: "Onu çox yormasınlar"

– Enerji içkillərini həddindən artıq qəbul edib cinsi həyat yaşamaq olarmı?

– Qətiyyən, olmaz! Xüsusən də enerji içkilərini spirtli içkilərə qatıb qəbul etmək qəti qadağandır. Belə vəziyyətdə cinsi əlaqədə olarkən ürək döyüntülərinin sayı arıtr. İnsan böyük enerji itirir. Bu enerji itkisi ürəkdən yan keçmir. Çünki ürək əzələvi bir orqandır. İşləyərək digər orqanlara qan verir. Viaqra qəbul edərək cinsi əlaqədə olan insanlarda ürəyin tonusu artır və nəticə etibarilə, yaxşı sonluqla nəticələnməyə bilir bəzən. Ümumiyyətlə, ürəyə viaqra qədər enerji içkilərinin də təsiri böyükdür.

– Bu problemlə bağlı sizə çoxmu müraciətlər olur?

– Biz onu təcrübəsiz də bilirik. Dəfələrlə xəbərdarlıq edirik ki, spirtli içkinin tərkibinə enerji içkisi qatmayın. Heç olmasa, meyvə şirəsi qatsınlar. Ümumiyyətlə, insanlar gərək asılılıq yaradan vasitələrdən uzaq olsunlar.

– Son olaraq, nə demək istərdiniz?

– Demək istəyirəm ki, son zamanlarda özlərini cinsi həyata “qurban” vermək istəyənlərin sayı artıb. Bunun da nəticəsində, fəsadlar, ölümlər olur. İnsanların hislərlə yox, ağılla hərəkət etmələrini istərdim. Ən əsası, öz ürəklərini qorusunlar. Onu çox yormasınlar və çox riskə getməsinlər.

İnterpress.az