Kerç boğazında dəhşət – 9 nəfər öldü – YENİLƏNİBbackend

Kerç boğazında dəhşət – 9 nəfər öldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kerç boğazı ərazisində iki gəmidə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb, 14 nəfər yanıq xəsarəti alıb.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat yayıb.

\”14 sağ, 9 ölü (sudan çıxarılıb. – RT)\”, – deyə idarədən bildirilib.

***21:15

Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, Rusiya qurumlarından verilən məlumata görə, gəmilərin birində partlayış baş verib, nəticədə başlayan yanğın o biri gəmiyə də yayılıb.

Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan vərəndaşı, ikinci gəmidəki 14 nəfər arasında hər iki ölkənin 7 vətəndaşı olduğu bildirilir.

İnterpress.az