Ukraynada Azərbaycan vətəndaşları həbs olunublarbackend

Ukraynada Azərbaycan vətəndaşları həbs olunublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada paytaxt Kiyevin Dneprovskiy rayon polisi Azərbaycan vətəndaşları 1991-ci il təvəllüdlü Əhmədov Ruslan Baxış oğlunu və 1987-ci il təvəllüdlü Səlimov Faiq Orxan oğlunu saxlayıb.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Hər iki azərbaycanlı maşın oğurluğunda ittiham olunsa da onlar ittihamla razılaşmırlar.

Qeyd edək ki, məlumatlara əsasən, son bir ildə Ukraynada 10-dan çox Azərbaycan vətəndaşı həbs olunub.

İnterpress.az