Bakıda evi qəsdən yandıran şəxslər saxlanılıblarbackend

Bakıda evi qəsdən yandıran şəxslər saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, yanvarın 20-də Maştağadakı evlərdən birinin qəsdən yandırılması barədə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşları dərhal müvafiq araşdırmalar aparıb və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və onun qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyən edilərək saxlanılıblar.

Şəxsi axtarış zamanı H.Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq və əməliyyat tədbirləri aparılır.

İnterpress.az