İran bir milyon barel neftini sata bilməyibbackend

İran bir milyon barel neftini sata bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran bir milyon barel neftini sata bilməyib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, yanvarın 21-də Tehranın energetika birjasında tələb olmadığından 1 milyon barel neft satılmayıb.

Neftin bir barelinin qiyməti 52,42 dollar müəyyənləşdirilib.

Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədi ilə ötən ilin oktyabrından başlayaraq, İran öz xam neftini Tehran birjasında satır. İranın Neft Nazirliyindən bildiriblər ki, 2018-ci il oktyabrın 28-də bir bareli 74,85 dollara bir milyon barel, həmin il noyabrın 11-də isə 64,97 dollara 700 min barel neft satılıb.

Xatırladaq ki, 2018-ci il noyabrın 5-dən ABŞ İranın energetika sahəsinə sanksiya tətbiq edib.

İnterpress.az