Zakir Qaralov Ukrayna Baş prokuroruna müraciət etdi – Jurnalistə görəbackend

Zakir Qaralov Ukrayna Baş prokuroruna müraciət etdi – Jurnalistə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Baş prokurorluğu “Report” İnformasiya Agentliyinin əməkdaşı Mubariz Aslanovun 19-29 noyabr 2018-ci il tarixlərində Kiyev şəhərində naməlum şəxslər tərəfindən üzləşdiyi təqib və hədələr ilə bağlı Ukrayna Baş prokurorluğuna rəsmi müraciət edib.

Azərbaycan Mətbuat Şurasından İnterpress.az-a verilən məlumata görə, Baş prokuroluqdan bununla bağlı bildiriş daxil olub.

Azərbaycan Baş prokurluğunun Ukrayna tərəfinə müraciətində jurnalist M.Aslanovun Kiyev şəhərində təqib və ölümlə hədələnməsi faktına görə şəhərin Peçerskiy rayon polisində istintaqı aparılan cinayət işinin ölkənin Baş prokuroru tərəfindən nəzarətə götürülməsi, təqsirkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması və jurnalistin gələcəkdə bu ölkədə təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımların atılması istənilir.

Qeyd edək ki, ötən ilin 19-29 noyabr tarixlərində “Report” İnformasiya Agentliyinin redaktoru Mübariz Aslanov Kiyev şəhərinə xidməti ezamiyyət zamanı mütəmadi olaraq naməlum şəxslərin olduğu AA-6164-BI dövlət nömrə nişanlı \”Şkoda\” markalı avtomobil tərəfindən təqib olunaraq fotoları çəkilib, eyni zamanda küçədə qarşısı kəsilərək silahla hədələnib. Azərbaycan Mətbuat Şurası bununla bağlı Ukraynanın Bakıda səfirliyinə müraciət də ünvanlayıb.

İnterpress.az