SOCAR-ın çökən meydançası – Quyulardan neft nəqli müvəqqəti dayanıb, çıxış yolu axtarılırbackend

SOCAR-ın çökən meydançası – Quyulardan neft nəqli müvəqqəti dayanıb, çıxış yolu axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 17-18-də kəskin hava şəraiti \”Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQCİ) istehsalat ərazisində, \”Palçıq-pilpiləsi” yatağında 1967-ci ildə istismara verilmiş 1047 nömrəli meydançanın çökməsinə, Neft Daşlarının ikinci, üçüncü və dördüncü mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılmasına səbəb olub. N.Nərimanov adına NQÇİ-də bəzi iş və məişət otaqlarının dam örtükləri külək nəticəsində dağılıb, 588 nömrəli meydançadan 730 nömrəli meydançaya gələn neft-qaz xətti yüngül zədələnib.

İnterpress.az xəbər verir ki, SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İbrahim Əhmədov BakuPost-a açıqlamasında deyib ki, kəskin hava şəraiti ilə əlaqədar insan tələfatının qarşısının alınması üçün proqnozlara uyğun öncədən 2500-dən çox SOCAR əməkdaşının təxliyə edilməsi zəruri idi.

İ. Əhmədov bildirib ki, hazırda qasırğanın fəsadları dəyərləndirilir və fəsadların aradan qaldırılması üçün işlər görülür. Onun sözlərinə görə, qasırğanın neftin hasilatına ciddi təsiri olmayıb, hər hansı faciə baş verməyib: \”Bu fəsadların özü də bizim üçün bir əsasdır, SOCAR hazırda bu fəsadları təhlil edir, bundan irəli gələn dərslərdən nəticə çıxarır. Hələ ki, dəyən ziyanlın yekun məbləği müəyyənləşməyib, hazırda hesablamalar aparılır. Hər bir halda məhz təhlükəsizlik tədbirlərinin görülməsi nəticəsində böyük iqtisadi itkilərin qarşısı alınıb”.

SOCAR rəsmisi çökmüş 1047 nömrəli meydança ilə bağlı hazırda müxtəlif variantların nəzərdən keçirildiyini qeyd edib: \”Bu, neft yığım meydançasıdır. Bu meydançalar adətən, estakada üsulu ilə istismar edilən yataqlarda olur. Həmin neft meydançalarına adətən, kommunikasiya xətləri gəlir. Məsələn, meydançaya borular gəlir, boru ilə gələn neft də meydançadan başqa yerlərə ötürülür. Həmin meydança köhnə istismar edilən yataqda idi, ətrafında fəaliyyətdə olan bir neçə köhnə quyu vardı. Əsas odur ki, orada hər hansı sızma baş verməyib, neft təzahürü yoxdur. Yəni neft dənizə dağılmayıb. Həmin quyulardan gələcəkdə neft nəqli üçün meydançanın bərpası, yaxud alternativ variantlar, texniki həll yolları nəzərdən keçirilir. Hələ bununla bağlı yekun qərar verilməyib”.

İnterpress.az