Solikamsk şəhərində 20 Yanvar şəhidləri anılıb – FOTObackend

Solikamsk şəhərində 20 Yanvar şəhidləri anılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Solikamsk şəhərində Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 29 ildöünümü münasibətilə anım mərasimi keçirilib.

İnterpress.az xəbər verir ki, mərasimdə Solikamskda Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, bu şəhərdə yaşayan həmyerlilərimiz və azərbaycanlı məktəblilər iştirak ediblər.

U.Əfəndiyev çıxışı zamanı qonaqlara yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qətliam haqqında ətraflı məlumat verib. O, Azərbaycanın tarixinə qanlı səhifələrlə yazılmış yanvar faciəsindən bəhs edərək həmin günü Azərbaycan xalqınaqarşı törədilən işgəncələrdən danışıb.

Mərasimin sonunda məktəblilər 20 Yanvar faciəsi ilə bağlı öz fikirlərini bildiriblər.

Solikamsk şəhərində 20 Yanvar şəhidləri anılıb - FOTO

Solikamsk şəhərində 20 Yanvar şəhidləri anılıb - FOTO

İnterpress.az